30 noyabr 2024 at 10:18
Jurnalist kodu: 5564
Xəbər kodu: 85675026
T T
0 Persons
İran və üç Avropa ölkəsi diplomatik danışıqları davam etdirmək barədə razılığa gəliblər

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini İran və üç Avropa ölkəsinin diplomatik danışıqları davam etdirmək barədə razılığa gəldiyini bildirib.

Kazım Qəribabadi özünün X sosial şəbəkə səhifəsində yazıb: Fransa, Almaniya və İngiltərənin siyasi liderləri ilə danışıqların növbəti mərhələsi keçirilib. Ən son ikitərəfli, regional və beynəlxalq hadisələr, xüsusilə nüvə məsələləri və sanksiyaların aradan qaldırılması müzakirə edilib və dəyərləndirilib.

O, sözünə davam etdi: Biz xalqımızın mənafeyini təmin etməyə qətiyyətlə sadiqik və bizim prioritetimiz dialoq və qarşılıqlı fəaliyyət yoludur. Diplomatik danışıqların yaxın vaxtlarda davam etdirilməsi razılaşdırılıb.

Sizin rəyiniz

You are replying to: .